Həcm: 1.5 ml.
Sevgi axtarışına doğru! Şərqə!
Şərq. Necə də cazibədar! Burada müasirlik və ənənə bir-birinə qarışıb. Bu, xəzinələrin, sehrli əfsanələrin və əsrarəngiz rəqslərin fantastik dünyasıdır. Ətirlər kolleksiyamızda əzəmətli səhra kimi əbədi və hüdudsuz sevgi hekayəsindən bəhs edəcəyik.
Sahara. Aşiqlərin çiçəyi axtarışında.
Sahara sonsuz qumlar və isti günəş məkanıdır. Burada təpələrdə səhranın qızılgülü itib. Rəvayətə görə, aşiqlərin ruhu orada yaşayır. O, insanlara xoşbəxtlik və sevgi oazisi kimi bəxş edilən sönməyən hisslərin simvoludur.
Zahrat El Sahraa ətri eksklüziv olaraq Faberlic üçün fransız parfümeri Selin Riper tərəfindən yaradılmışdır.
Ətirin istiqaməti: Nar və qızılgül notları ilə ağac-çiçəkli şərq qoxusu.
Oazis sehrli ətirləri ilə səyahətçiləri cəlb edir. Zərif qızılgül qönçələrinin incə şleyfi şirəli
nar notları ilə birləşir. Qızmar günəşlə isinmiş eben ağacı gövdələri bu zərif meyvə-çiçək qarışığına
sərt ağac akordu toxuyaraq səhranın bütün əzəmətini və çoxyönlülüyünü ortaya qoyur.
Əsas notlar: Dəməşq qızılgülü, nar, ebon ağacı
Zahrat El Sahraa ətrinin olfaktor piramidası:
Üst notlar: qızılgül, nar, ənbər
Ürək notları: ağ çiçəklər, praline, vanil
Əsas notlar: müşk, ebon ağac, tonka paxlası
Qablaşdırma: 1,5 ml şüşədə buraxılır.
İstifadə müddəti: paketdə göstərilən istehsal tarixindən 5 il.
Şüşənin üzəri farscadan "çiçək" kimi tərcümə olunan "gul" ornamenti ilə bəzədilib. Bu stilizə edilmiş qızılgül bütün müxtəlifliyi ilə həyatın simvoludur.
*Ərəb dilindən tərcümədə "Səhra çiçəyi"